Bakının Nərimanov rayonunda martın 10-da saat 17:00 radələrində qadının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda APA məlumat paylaşıb.
Zərdab rayon sakini “MAN” markalı avtomobili ilə yolu keçən Bakı şəhər sakinini vurub. Piyada xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.