15-27 mart tarixlərində Bakı avtovağzalından respublikanın digər şəhər və rayonlarına 2 813 reyslə 76 369 sərnişin daşınıb. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Bu dövrdə vətəndaşların vaxt itirməməsi üçün əlavə kassalar açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123 əlavə avtobus buraxılıb. Heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.
Qeyd edək ki, martın 15-dən 27-nə kimi Bakı avtovağzalı Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.