Noyabrın 30-da Bakıda bir neçə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan məlumat verib.
Məlumata əsasən, Nərimanov rayonunda aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilib.
Sözügedən avtobuslar Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli və Gülarə Qədirbəyova küçələri ilə hərəkət edəcək.