Bakı Beynəlxalq Avtovağzalında sərnişinlər üçün vaksinasiya məntəqəsi yaradılıb. Bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Nuridə Allahyarova sentyabrın 13-də məlumat yayıb.
“Sərnişin regionda vaksin olunubsa, amma paytaxta gəldiyi zaman o vaksinin ikinci dozasını etməlidirsə, bu zaman o Bakı Beynəlxalq Avtovağzalında vaksinasiya məntəqəsindən istifadə edə bilər”, - deyə xidmətin rəsmisi qeyd edib.
O, həmçinin əlavə edib ki, avtovağzala gələn sərnişinlərdən COVID-19 pasportu tələb olunmur, lakin ticarət mərkəzinə daxil olmaq istəyənlərdə bu sənədin olması zəruridir.