Bugün, 2 yanvar saat 12:00-dan axşam satlarına kimi Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu haqda Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.
Buna səbəb tuneldə işıqlandırma sisteminin təmir edilməsidir.
"Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.