Bakıda 21-22 dekabr tarixlərində Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Bu barədə 20 dekabr tarixində Energetika Nazirliyi məlumat verib.
Forum çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal terminalına səfəri planlaşdırılır.
Tədbirdə, həmçinin Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.