Bakıda 13 yaşlı qız itkin düşüb. Bu barədə martın 11-də APA məlumat yayıb.
Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı itkin düşən qızın anası Aytən Rəsulova polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.