Oktyabrın 3-də Bakının Sabunçu rayonunda 15 yaşlı yeniyetmə özünü qoruyarkən atasını daş parçası ilə öldürüb. Bu barədə oktyabrın 5-də Baş Prokurorluqdan məlumat verilib.
Müəyyən edilib ki, narkotik aludəçisi olan 36 yaşlı Vüqar Eyyubov ailə üzvlərindən narkotik vasitə tapmalarını tələb edib. Ailə münaqişəsi zəminində V.Eyyubov oğlunu yerə yıxaraq boğazına şüşə parçası dirəyib və pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyib. Yeniyetmə daş parçası ilə atasının başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq onu öldürüb.
Faktla bağlı “zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Yeniyetmə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.