Bakıda 169 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Bu barədə Report oktyabrın 26-da məlumat yayıb.
Hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü Müslüm Əhmədovu 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bundan əvvəl, oktyabrın 13-də aeroport yolunda ölüm ilə nəticələnən qəza baş verib. Həlak olanların sayı 6, yaralananların sayı isə 25 olub.
Bu ilin 9 ayı üzrə Bakıda ümumi hadisələrin 57,1%-i məhz piyada vurma hallarıdır. Paytaxt yollarında həlak olan piyadaların sayı 93 nəfər təşkil edir.