Cari il ərzində paytaxtda 17 939 təhsil işçisi buster doza ilə peyvənd olunub. Bu haqda dekabrın 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, vaksinasiya prosesinə qoşulan təhsil işçilərinin ümumi sayi 33 968 nəfər təşkil edib. Bu göstərici Bakının təhsil müəssisələrində çalışanların təxminən 90% həddindədir.
Qeyd edək ki, hazırda şəhərdə yerləşən 278 və 316 nömrəli məktəblərdə peyvənd məntəqəsi fəaliyyət göstərir.