Bakıda 2 yaşlı körpəni oğurlamaqda təqsirli bilinən Gültəkin Muradova məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs edilib. Bu barədə yanvarın 10-da Report məlumat yayıb.
Hadisə 2021-ci ilin dekabrın 29-da Sabunçu qəsəbəsində baş verib. Belə ki, 2 yaşlı Məhəmməd Şıxəliyev özünü sosial yardım işçisi kimi təqdim etmiş qadın tərəfindən oğurlanıb. Yanvarın 8-də isə azyaşlı tapılıb.
Oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıblar. Daha sonra hadisə ilə bağlı uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
Tapılan uşaq sığınacağa yerləşdirilib.
Faktla bağlı “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanılıb.