Binəqədi rayonunda 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb. Bu barədə 8 aprel tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Belə ki, Bakı sakini olan şəxs Polis İdarəsinə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1 200 manat olan velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb. Nəticədə həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, sözügedən şəxs oğurladığı velosipedlərin bir neçəsini ticarət mərkəzlərindən birində satıb.
Faktla bağlı araşdırma aparılır.