4-5 yanvar tarixlərində Bakıda 3 nəfərin, Abşeronda isə 1 nəfərin dəm qazından zəhərlənməsi qeydə alınıb. Bu haqda Report məlumat yayıb.
Belə ki, Bakıda hadisələr Yasamal, Nərimanov və Qaradağ rayonlarında baş verib. Zərərçəkmişlərin hamısı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Abşeronda isə insident Xırdalan şəhərində qeydə alınıb. Yaşadığı evdə dəm qazından zəhərlənən 48 yaşlı qadın da xəstəxanaya yerləşdirilib.
Sözügedən hadisələrin təfərrüatlarıı araşdırılır.