Bakının müxtəlif rayonlarında zəhərlənmə hadisələri baş verib. Bu haqda yanvarın 7-də Report məlumat verib.
Paytaxtın Sabunçu rayonunda 26 yaşlı gənc yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.
Həmçinin Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində 35 yaşlı qadın, Bülbülə qəsəbəsində isə 29 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Bununla yanaşı, Binəqədi qəsəbəsində 23 yaşlı gənc, Rəsulzadə qəsəbəsində və 9-cu mikrorayon ərazisində 3 qadın dəm qazından zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırma davam edir.