Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5, 7 və 10-cu siniflərin hər birində 1 şagirdin koronavirusa yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Bu barədə oktyabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, 14 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3 tələbəsinin koronavirusa yoluxması səbəbindən 2 qrup distant təhsilə keçmişdir.