92 şəxsə məxsus 5,7 milyon manat pul vəsaitini ələ keçirmiş şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib. Bu barədə 8 dekabr tarixində Baş Prokurorluq məlumat verib.
Nəsibov Məzahir Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binanın tikintisi başa çatdıqdan sonra mənzilləri aztəminatlı ailələrə paylanacağına inandıraraq qeyd olunan birliyin üzvü olmayan 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini mənimsəməyində əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova “dələduzluq” və digər maddələri ilə cinayət işi açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.