Bu gün, martın 10-da Bakıda 28-ci akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Milli Gimnastika Arenasında baş tutacaq. Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 idmançının çıxışı gözlənilir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlüklər, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
3-6 mart tarixlərində isə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib. Bu yarışda 24 ölkədən 438 idmançı mübarizə aparıb.