Bakıda 2021-ci ilin ilk 8 ayı ərzində əhali ictimai iaşə obyektlərində 334 milyon manatdan çox pul xərcləyib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% çoxdur. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 1 oktyabr tarixindəki hesabatında əks olunub.
Təkcə avqust ayında paytaxt əhalisi ictimai iaşə obyektlərində 47,7 milyon manat pul xərcləyib.
Azərbaycanda cari ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 547,9 milyon manat olmuşdur.