Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər cərimələnib. Bu barədə 29 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah edib.
“Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur”, - məlumatda bildirilib.