Bakının Nərimanov rayonunda yol qəzası zamanı ahıl qadın həlak olub. Bu haqda 11 mart tarixində APA məlumat yayıb.
İnsident Təbriz küçəsində qeydə alınıb. 76 yaşlı qadın yolu keçərkən onu minik avtomobili vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında 53 yol qəzası baş verib. Nəticədə 60 nəfər ölüb, 33 nəfər xəsarət alıb.