Bakıda dekabrın 16-da saat 23:00 radələrində Milli qəhrəman Əlif Hacıyevin qardaşı, sabiq polis rəisi tanışının avtomobilinə odlu silahdan atəş açıb. Bu barədə DİN məlumat verib.
Məlumata əsasən, paytaxtın Pirşağı qəsəbəsində sabiq rəis münaqişə zəminində həmyerlisinin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. İnsident nəticəsində xəsarət alan olmayıb.
Hadisəni törədən şəxs saxlanılıb və ondan “AKMS” markalı avtomat, 2 patron və 1 patron darağı götürülüb.
Faktla bağlı araşdırma davam edir.