Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb. APA-nın dekabrın 21-də verdiyi məlumata görə, hadisə Zabrat qəsəbəsində baş verib.
34 yaşlı şəxs yolu keçərkən onu “Lexus” markalı avtomobil vurub. O, hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Son 11 ayda Bakıda 458 yol qəzası baş verib. Ümumi hadisələrin 268-i piyada vurma olub. Nəticədə onlardan 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.