Dekabrın 21-də Bakıda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb. Bu barədə Apa məlumat yayıb.
Qəza paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində baş verib. Hadisə zamanı “Mercedes-Benz” markalı avtomobil yola qaçan 2013-cü il təvəllüdlü uşağı vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
2021-ci ilin 11 ayı ərzində Bakıda 458 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə yaralanıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub. Nəticədə onlardan 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.