Bakıda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində dövlət qeydiyyat nişanı vurulmayan, etibarnaməsiz idarə edilən avtomobildə silah və narkotik aşkarlanıb. Bu haqda noyabrın 16-da DİN məlumat verib.
Axtarış zamanı 1 ədəd "Makarov" tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram metamfetamin aşkar edilərək götürülüb.
Şəxs barədə 4 ay həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.