Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilir. Bu barədə məlumat 16 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində yayılıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda dayanıqlı kənd təsərrüfatı sisteminin qurulduğunu, kənd təsərrüfatında rəqəmsallasma proseslərinə başlanıldığını bildirib. Həmçinin nazir aqrar sahədə əməkdaşlığın hər iki dövlət üçün fayda verəcəyini vurğulayıb. Əlavə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin də iştirakı üçün imkanların olduğu vurğulanıb.
İnam Kərimov bildirib ki, azad olunmuş ərazilərdə yeni investisiya mühiti yaradılacaq, eyni zamanda, şirkətlər üçün vergi güzəştləri və kənd təsərrüfatı sahəsində subsidiyalar nəzərdə tutulub.