Sentyabrın 12-dən Bakıda xüsusi təyinatlıların “Üç Qardaş - 2021” beynəlxalq təlimi keçiriləcək. Bu barədə 11 sentyabr tarixində Müdafiə Nazirliyindən məlumat verilib.
Bu, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin ilk birgə təlimidir. Təlimin əsas məqsədi üç ölkənin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
"Üç qardaş - 2021" təlimi sentyabrın 20-dək davam edəcək.