Bakıda aztəminatlı ailələri təhqir edən “Gallendvagen” sürücüsü saxlanılıb. Bu barədə 11 yanvar tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dünən sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün yolda “kasıbları” təhqir edən görüntüləri yayılıb. Polis tərəfindən onun 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilib və həmin şəxs saxlanılıb.
Sürücü ilə profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzr istəyib.
Qeyd edək ki, araşdırmalarla məlum olub ki, həmin avtomovil S.Bağırova məxsus deyil.
[playlist type="video" ids="22436"]