Bu gün Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir.
Satılan balın qiymətləri bölgələrə görə dəyişir. Qax, İlisu, Balakən balının qiyməti 25 manat, Ağsu, İsmayıllı balının qiyməti 30 manat təşkil edir. Kəlbəcər və Daşkəsən balı isə 40 manata satılır.
COVID-19 pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 nəfər olmaqla ümumilikdə 250 arıçı iştirak edir.
Bal sərgisi bügündən etibarən noyabrın 7-nə kimi hər gün saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Keçirilən yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil olunur.
[URIS id=10761]