top
Bakıda Beynəlxalq Biznes Forum öz işinə başlayıb
15 noyabr 2021, 04:11
- ↺ +

Bakıda Beynəlxalq Biznes Forum öz işinə başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün, noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum öz işinə başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyi öz səhifəsində məlumat yayıb.

Forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard dollardan çoxdur və bu rəqəm ölkənin xarici borcunu 6 dəfədən çox üstələyir.

“Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8%, qeyri-neft sektorunda isə 6,2% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64% təşkil edib”, - deyə nazir bildirib.

Mikayıl Cabbarovun dediyinə görə, cari ilin ilk 9 ayında qeyri-neft ixracı 41%-dək artıb, bu da indiyədək müşahidə olunan ən yüksək göstəricidir.

Türkiyə Respublikasının xəzinə və maliyyə nazirinin müavini Nureddin Nebati öz çıxışında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərdə Türkiyə şirkətləri fəal iştirak edir. Nazir müavini Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflərindən danışıb.

Qeyd edək ki, forum noyabrın 17-dək davam edəcək. Tədbirdə 30-a yaxın ölkədən nümayəndələr iştirak edir. Forum zamanı, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, xarici iş adamları və investorlar bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Yerli xəbərlər
Bu gün, 09:37

General Natiq Əliyevin qızı saxlanıldı

Xarici xəbərlər
Bu gün, 09:16

Yoldaşına xəyanət edən "Nvidia"nın baş direktoru vəzifəsindən uzaqlaşdırıla bilər

Yerli xəbərlər
Bu gün, 08:58

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Oxşar xəbərlər