Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.
Bu haqda 30 dekabr tarixində Baş nazir Əli Əsədov qərar imzalayıb.