Bakıda dayanacaqda qadına hücum edən şəxsə cəza verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda yanvarın 13-də Report məlumat yayıb.
Hadisə 2021-ci ilin avqust ayının 27-də Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Dayanacaqda avtobus gözləyən qadın tanımadığı bir şəxs tərəfindən hücuma məruz qalıb. Zərərçəkmiş polisə zəng edərək cinayətkarın onun boğazından tutub bədən xəsarətləri yetirərək əl çantasını aldığını deyib.
İnsident ərazidə olan müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Quldurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini polis tərəfindən saxlanılıb. O, ifadəsində etdiyi əməli etiraf edib.