Paytaxtda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub. Bu haqda oktyabrın 22-də Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
DOST Agentliyi 2019-cu ildə fəaliyyətə başlayıb. Bu günə qədər Bakıda 4, Abşeronda isə 1 DOST Mərkəzləri yaradılıb. Agentlikdən verilən məlumata görə, 155 xidmətin təqdim edildiyi həmin mərkəzlərdə ötən dövrdə 537 min vətəndaşa xidmət göstərilib.
[URIS id=11061]