Bakıda mənzildən içərisində 150 min dollarlıq qızıl-zinət əşyası, 10 min manat nağd pul və 15 min manat dəyərində qol saatları olan seyf oğurlanıb. Bu haqda yanvarın 6-da APA məlumat yayıb.
Polis şübhəli bilinən əvvəllər məhkum olunmuş iki Zaqatala rayon sakinini saxlayıb. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.