Bakıda gəlinini öldürüb meyitini parçalara bölərək zibil qutularına atan 75 yaşlı İdris Məhərrəmova 18 il həbs cəzası verilib. Bu barədə oktyabrın 20-də Report məlumat yayıb.
Qətl hadisəsi cari ilin yanvar ayında baş verib.
Belə ki, İ.Məhərrəmov gəlini ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub və çoxsaylı bıçaq zərbələri yetirərək öldürüb. Daha sonra meyiti hissələrə parçalayaraq zibil qutularına atıb.