Bakıda 23 yaşlı gənc oğlanı avtomobil vurub. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Xəzər rayonunda qeydə alınıb. Bildirilib ki, 1999-cu il təvəllüdlü şəxsi yolu keçərkən avtomobil vurub.
Xəsarət alan xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.