Bakıda Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gələn 4 nəfər arasında insident baş verib. Bu barədə yanvarın 29-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Nizami rayonunda gecə klubunun yaxınlığında qeydə alınıb.
“Mübahisə zamanı həmin şəxslər bir-birinə fiziki zor tətbiq etməyiblər. Onlar polis şöbəsinə dəvət ediliblər. Turistlər bir-birilərindən şikayət etmədiklərini bildiriblər”, - məlumatda deyilib.
Daha sonra həmin şəxslər sərbəst buraxılıblar.