Bakıda həyat yoldaşını balta və bıçaqla qətlə yetirən kişi saxlanılıb. Bu barədə yanvarın 4-də Report məlumat yayıb.
Hadisə Xətai rayonunda baş verib. Bugün, saat 15:00 radələrində 1987-ci il təvəllüdlü şəxs həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.