Sentyabrın 11-də Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılıb. Heykəl paytaxtın Səbail rayonu ərazisində "İçərişəhər" metro stansiyasının qarşısında qoyulub.
Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Xanlar Əhmədovdur. Hazırda heykəlin ətrafı abadlaşdırılır. Yaxın günlərdə heykəlin açılışı gözlənilir.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. 1870-ci illərdə Zeynalabdin dönür olur milyonçu Tağıyev. O, 1901-ci ildə yerli ruhanilərin ölüm təhdidlərinə baxmayaraq 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Daha sonra isə Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəmişdir. Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün də şəxsi vəsaitindən pul ayırıb.