Bakıda 2-3 aprel tarixlərində I "Uşaq Kitab Festivalı” keçiriləcək. Bu haqda Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi məlumat verib.
Sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.
Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi də bu tarixlərdə baş tutacaq.
“Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.