Bakıda azyaşlı qızlarına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 56 yaşlı Sahib Şıxıyevə hökm oxunub. Bu barədə oktyabrın 28-də Apa məlumat verib.
Hökmə əsasən, Sahib Şıxıyev 16 il azadlıqdan məhrum edilib.
İttihama görə, o, yetkinlik yaşına çatmayan iki qızına qarşı seksual xarakterli hərəkətlər törədib. Sahib Şıxıyevə qarşı “seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə ittiham irəli sürülüb.