Bakıda ikimərtəbəli evdə yanğın olub. Bu haqda martın 29-da FHN məlumat yayıb.
Hadisə Binəqədi rayonunda baş verib. Sahəsi 270 m² olan ikimərtəbəli evin zirzəmisində quraşdırılan 4 ədəd elektrik açarı və naqillər 5 p.m yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.