Bakıda 16 yaşlı qız özünü binadan ataraq intihar edib. Bu haqda Report oktyabrın 15-də məlumat yayıb.
Hadisə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Yeniyetmə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, çoxsaylı sınıqlar, müştərək və açıq-kəllə beyin travması ilə xəstaxanaya çatdırlıb. Daha sonra 16 yaşlı qız reanimasiya şöbəsində dünyasını dəyişib.
İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
2021-ci ilin birinci yarısında baş vermiş intiharlar nəticəsində 322 nəfər həyatını itirib. Bu hadisələrin 115-i paytaxtda olub.