Bakıda aprelin 4-də güclü külək nəticəsində yük avtomobili aşıb. Bu haqda APA xəbər yayıb.
Məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində külək nəticəsində yük maşını yolun hərəkət istiqamətinə aşıb.
Qeyd edək ki, külək səbəbindən Xırdalanda 9 saylı məktəbin damı uçub. Qobustanda isə qum fırtınası müşahidə olunur.