Dünən, noyabrın 7-də Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri yekunlaşıb. Azərbaycan cüdoçuları turnirdə 7 medal qazanıblar.
Kişilər arasında Orxan Səfərov (66 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) və Uşangi Kokauri (+100 kq) bürünc, qadınlarda isə İçinxorlu Muntsxedev (57 kq) gümüş medala sahib olub.
Ümumi medal sıralamasında Azərbaycan yığması 4-cü yeri tutub. İlk 3 yerdə müvafiq olaraq Yaponiya, Rusiya və Almaniya idmançıları qərarlaşıblar.
Xatırladaq ki, Azərbaycan turnirdə 33 cüdoçu ilə təmsil olunub.