Bakının Xətai rayonunda yerləşən poçtdaşıma və kuryer şirkətlərindən birinin ofisindən oğurluq edilib. Bu haqda dekabrın 27-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.