Bakıda market və köşkdən oğurluq edilib. Bu barədə 3 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumatda bildirilir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.
Həmçinin saxlanılan şəxs tərəfindən köşkdən 3 000 manat dəyərində tütün məmulatının oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.