Aprelin 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyi keçiriləcək. Bu barədə 1 aprel tarixində Report Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verib.
Məlumata əsasən, daxili iməcilik zamanı prospekt və küçələr, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq. Həmçinin şəhərdə ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır.