Bakıda dekabrın 20-də narkotiklərin satışı ilə məşğul olan Cəlilabad rayon sakini saxlanılıb. Bu barədə DİN məlumat verib.
Məlumata əsasən, onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb. Qadın narkotik vasitələrini satmaq məqsədi ilə xarici vətəndaşdan onlayn yolla aldığını etiraf edib.
Daha öncə saxlanılan şəxsin həyat yoldaşı da narkotiklərin satışı ilə məşğul olduğu üçün həbs edilib.
Nərimanov rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat davam edir.