Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri saxlanılıb. Bu barədə dekabrın 21-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, şəhərin Nərimanov rayonunda narkotikləri satan iki nəfər saxlanılıb. Onların üzərindən 42 bükümdə çəkisi 50 qrama yaxın satış üçün qablaşdırılan heroin və metamfetamin aşkar edilib. Həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalara başlanılıb.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Ümumilikdə 6 ton 582 kq 702 qr narkotik müsadirə olunub.