Bakıda oğul anasını bıçaqla qətlə yetirib. APA-nın xəbərinə görə, hadisə dekabrın 24-də Nəsimi rayonunda, H. Seyidzadə küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü şəxs bıçaqla 1959-cu il təvəllüdlü anasının boğaz nahiyəsinə bıçaqla zərbə vurub.
Prokurorluq baş verən qətl barədə məlumat yayıb. Aparılmış araşdırmalarla müəyyən olub ki, bıçaqlanma şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürülməsi” maddəsi ilə cinayət işi başlanıb. Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.